Bu gün Bakıda keçirilən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) “Məzun Günü”ndə İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və AKM-nin təşkilatçılığı ilə baş tutan “Hakaton”un qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Hakaton qalibləri olmuş “A2Z Detector” komandasına mükafatlar təqdim olunub.
Qeyd olunub ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində fişinq üzrə də xüsusi təlim keçirilib. Fişinq linklərinin hazırlanmasında ən yüksək nəticə göstərən AKM-nin məzunu Mehriban Məmmədova mükafatlandırılıb.
Mərkəzin ilk məzunlarının yola salındığı tədbirdə dövlət rəsmiləri, xarici qonaqlar, kibertəhlükəsizlik mütəxəssisləri və sahənin önəmli ekspertləri iştirak edib.