Almaniyanın Hamburq hava limanı naməlum silahlı şəxsin hücumuna görə bağlanıb.
“Report”un məlumatına görə, o, avtomobillə təhlükəsizlik səddini aşaraq platformaya çıxıb.
Daha sonra iki dəfə havaya atəş açıb və avtomobildən iki molotov kokteyli atıb. Yanğınsöndürənlər yaxınlıqda alışan təyyarəni söndürüblər.
Aeroportda uçuşlar dayandırılıb, hadisə yerinə Hamburq hüquq-mühafizə orqanlarının qüvvələri cəlb olunub, dörd yaşlı qızını girov saxlayan şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir.
Hadisənin qəyyumluqla bağlı olduğunu ehtimal edir. Belə ki, onun həyat yoldaşı atanın uşağı qəyyumluq mübahisəsindən sonra qaçırdığını iddia edib. Kişinin tələblərindən biri də Türkiyəyə uçuşun təmin edilməsidir.