Hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq: Yollar buz bağlayacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, soyuq dövrün ən aşağı temperaturu fevralın 24-ü axşamdan 25-i səhərədək gözlənilir.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 5-8, Aran rayonlarında 4-9, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.

ƏvvəlkiPakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfərinə gəlib
NövbətiÇikaqoda Xocalı soyqırımına həsr olunmuş 2-ci Qlobal Dialoq Konfransı keçirilib