İyul ayının 5-dən etibarən Azərbaycanda hava şəraitində mühüm dəyişiklik gözlənilir.
Bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, iyulun 5-dən etibarən ölkə ərazisində havanın temperaturu günü-gündən aşağı enəcək:
“Üç gün ərzində, yəni iyul ayının 8-dək arabir güclənən şimal-qərb və şimal küləyi üstünlük təşkil edəcək”.