Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Koln Kahl ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.