Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edib.
“Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşməkdən məmnunam”, – B.Hayee qeyd edib.
Səfir bildirib ki, görüş çərçivəsində ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər:
“Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə dinamika qatacaq”.