Hindistan Pakistanın iddia etdiyi Kəşmir bölgəsinə daha 8 minədək hərbçi göndərir.
Türk.az NDTV-yə istinadən xəbər verir ki, hazırda hərbçilər ölkənin müxtəlif bölgələrindən nəqliyyat təyyarələri ilə ora daşınır.
Ötən həftə ölkənin orta bölgəsindən Kəşmirə əlavə 35 minədək hərbçi göndərilmişdi.
Eyni zamanda bu gün Hindistanın daxili işlər naziri parlamentə Cəmmu və Kəşmir ştatının xüsusi statusunu ləğv etməyi nəzərdə tutan qanun layihəsi təqdim edib.
Qeyd edək ki, belə statusun təsbit olunduğu Konstitusiyanın 370-ci maddəsi ölkə parlamentinin qəbul etdiyi bir çox qanunların ştat assambleyası tərəfindən də təsdiqləndikdən sonra həmin bölgədə qüvvəyə mindiyini nəzərdə tutur.