Hindistan xarici işlər nazirinin müavini Bakıda səfərdədir

Hindistan xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi Sanjay Verma Bakıya gəlib.

Bu barədə “Report”a Hindistanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.

Xatırladaq ki, Bakıda iyulun 5-6-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin iclası keçiriləcək. İclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq.

ƏvvəlkiPirşağıda çimərlikdə itkin düşən azyaşlı tapılıb
NövbətiBŞTİ müdiri: “Bakıda şagird sıxlığı daha çox Binədəki məktəblərdədir”