Hindistanın paytaxtı Nyu-Dehlidə “Vətəndaşlıq haqqında” qanuna etiraz olaraq keçirilən aksiyalarda 5 nəfər ölüb.
Türk.az “Hindu”ya istinadən xəbər verir ki, qarşıdurmada 50 nəfərdən çox yaralanan var.
Zərərçəkmişlərin çoxu daş zərbələrindən və yanıq xəsarəti alıblar.
Ölənlərdən biri polis əməkdaşıdır.
Qeyd edək ki, Hindistan parlamentinin qəbul etdiyi qanuna əsasən, qonşu Əfqanıstan, Paksitan və Banqladeşdəki qeyri-müsəlman miqrantlar Hindistan vətəndaşlığını sadələşdirilmiş prosedur çərçivəsində ala biləcəklər.