Hindistanın “Çandrayaan-3” kosmik gəmisi Ayın cənub qütbünün yaxınlığına enib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistan Ayın bu hissəsinə kosmik aparat göndərən ilk ölkə olub.
Missiya tam uğurlu olarsa, Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya eniş edən dördüncü ölkə olacaq.
Qeyd edək ki, bir neçə gün önəcə Rusiyanın “Luna-25” kosmik aparatı da Ayın eyni hissəsinə eniş etmək istəyib, ancaq qəzaya görə missiya uğursuz alınıb.