İçərişəhərdə yerləşən muzeylərin fəaliyyəti bu gündən etibarən dayandırılıb.
Bu barədə “Report”a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, COVİD-19 (koronavirus) virusuna qarşı ölkədə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın bəzi sosial izolyasiya tədbirləri barədə göstərişlərinə əsasən İçərişəhərdə yerləşən və “İçərişəhər” Dövlət Tarixi memarlıq Qoruğu İdarəsinin struktruna daxil bütün muzeylərin fəalıiyyəti martın 14-dən müvəqqəti olaraq dayandırılıb.