Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Car kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri barədə rayon prokurorluğunda araşdırma aparılıb.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, Məhəmməd Huşanovun qeyd olunan vəzifədə işləyərkən müvafiq arayışların verilməsi üçün rüşvət alması və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.