Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Şəhid xanımlarına psixoloji dəstək və təhsil imkanlarının yaradılması” layihəsi çərçivəsində növbəti seminar baş tutub.
“Yol varsa, ümid də var” adlanan psixoloji təlim proqramının tərkib hissəsi olan “Əmanətə sədaqət” – Koqnitivterapiyaya əsaslanan seminar şəhid xanımlarının həyatında mövcud olan hər şeyə münasibətini dəyərləndirmək məqsədi daşıyıb.
Seminarı psixoloq, təlimçi Rübabə Mərdanova keçib. Seminarda iştirak edən şəhid xanımlarının fikirləri dinlənilib, müxtəlif sorğu-testlər aparılıb.
Qeyd edək ki, layihənin rəhbəri Birliyin sədri Sevinc Fədaidir və layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə keçirilir.