Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib.
Onun sözlərinə görə, hazırda yaralı olan hərbçilər intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur.