Azərbaycan idmançılarının bu ilin ilk 3 ayında nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi medalların sayı açıqlanıb.
AZƏRTAC Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, ilin birinci rübündə ümumilikdə 107 medal qazanılıb. Bunun 38-i qızıl, 25-i gümüş, 44-ü isə bürünc mükafatdır.
Qeyd edək ki, Azərbaycan idmançıları mart ayında keçirilmiş beynəlxalq yarışlardan isə 70-dək medalla qayıdıblar.