II Avropa Oyunlarının tədbirlərinə 160 mindən çox bilet satılıb. AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, bu barədə iyunun 19-da “2019-cu ilin II Avropa Oyunlarının Direktorluğu” Fondunun Kommunikasiyalar, İctimaiyyət və KİV-lərlə Əlaqələr İdarəsinin rəisi Aleksey Boqdanoviç məlumat verib.
O deyib: “İyunun 18-də səhər saatlarına olan məlumata görə, 160 mindən çox bilet satılıb. Söz yox ki, bu gün satılan biletlərin sayı daha da artıb. Əvvəlcə 190 min bilet satmaq planlaşdırılırdı, lakin tamaşaçılar üçün imkanları genişləndirmək məqsədi ilə onların sayı artırılaraq 250 minə çatdırıldı”.
A.Boqdanoviç bildirib ki, kamandan oxatma yarışlarına biletlərin, demək olar, hamısı satılıb. Güllə atıcılığı, sold-aut və çimərlik futbolu barədə də eyni sözləri demək olar. Artıq bədii gimnastika üzrə yarışların yuxarı yarusuna biletlər satılır. Açılış mərasimi üçün də biletlər qalır, lakin onların sayı azdır.
İyirmi mindən çox biletin xarici ölkələrə satıldığını vurğulayan A.Boqdanoviç deyib: “Bu, sırf statistikadır. Azarkeşlərin bilet alan zaman müvafiq xanaya quş qoymaq imkanı olub. Kimsə bunu edib, kimsə etməyib. Düşünürük ki, real rəqəm iki dəfə çoxdur”.
O qeyd edib ki, Minskdən 700 kilometr radiusda yerləşən şəhərlərdən, xüsusən Moskva və Sankt-Peterburqdan alıcılar son ay ərzində xüsusilə fəallaşıblar. Axtarış sistemlərində və idman saytlarında reklam yerləşdirilməsi öz səmərəsini verib.