Amerikalı sahibkar və ixtiraçı İlon Mask süni intellekt məsələləri ilə məşğul olacaq yeni şirkət yaradıb.
“Report” xəbər verir ki, İlon Mask bu barədə tviter hesabında bildirib.
Şirkətin x.ai internet saytı da fəaliyyətə başlayıb.
“Reallığı anlamaq üçün xAI-nin yaradılmasını elan edirik”, – Mask deyib.
Şirkətdə Google, Microsoft və texnologiya sektorundan olan digər şirkətlərin keçmiş işçiləri çalışacaq.