İmran Xan Pakistanın yeni baş naziri kimi and içib

Mərkəzçi “Təhrik-ə-İnsaf” (“Ədalət uğrunda hərəkat”) partiyasının lideri İmran Xan şənbə günü Pakistanın yeni, 22-ci baş naziri kimi and içib.

Türk.az “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, mərasim İslamabadda Prezident İqamətgahında baş tutub.

Qeyd edək ki, 65 yaşli siyasətçinin namizədliyini 272 deputatdan 176-sı dəstəkləyib.

ƏvvəlkiFernando Alonso “Formula-1″dən gedir
NövbətiSabirabad sakini bıçaqlanıb