İmzatoplama kampaniyasında sakinlərin Xəyalə Əhmədovaya olan rəğbəti – VİDEO

93 saylı Bərdə Seçki Dairəsindən Deputatlığa namizəd Xəyalə Əhmədova: “İmza toplama ərəfəsində həmkəndlilərimdən özümə qarşı çox böyük sevgi və inam gördüm və bu atdığım addımda güvənimi daha da artırdı”.

Xəyalə Yusif qızı Əhmədova İxtisasca hüquqşünasdır. İçtimaiyyət arasında əsasən xeyriyyəçilik fəaliyəti ilə tanınıb. Əslən Qarabağlı – Bərdəli olan Xəyalə Əhmədova hər zaman vətənpərvərliyi təbliğ edib, daim maddi və mənəvi dəstəyi ilə şəhid ailələrinin, Qarabağ qazilərinin yanında olub. Xüsusilə sağlamlığı məhdud insanlar, valideyn himayəsindən uzaq düşən uşaqlar və atılmış qocalar heç vaxt Xəyalə Əhmədovanın diqqətindən kənar qalmayıb.

Bütün fəaliyəti boyu dövlətimizə və dövlətçiliyimizə sadiq olan Xəyalə Əhmədova hər zaman cənab prezidentimiz İlham Əliyevin sərəncam və qərarlarına söykənib, atdığı addımlarda birinci vitse-prezident Mehriban Əliyevanın yolunu tutmağa çalışıb

Xəyalə Əhmədovanın ən böyük amalı xalqın cənab prezidentimizin ətrafında sıx birləşərək Azərbaycanın müstəqilliyini daim qorumasıdır.
Seçicilərinin önünə bu amalla, bu arzu ilə çıxacaq deputatlığa namizəd Xəyalə Əhmədovaya uğur arzulayırıq. Qeyd edək ki, Xəyalə Əhmədovanın üç ali təhsili var. Ailəlidir. İki oğlu anasıdır.
9 fevralda seçiciləri olacaq kənd sakinlərinin Xəyalə xanıma hörməti və inamı video görüntülərdə və şəkillərdə öz əksini tapmışdır.
İmzatoplama kampaniyasında sakinlərin Xəyalə Əhmədovaya olan rəğbəti - VİDEOİmzatoplama kampaniyasında sakinlərin Xəyalə Əhmədovaya olan rəğbəti - VİDEOİmzatoplama kampaniyasında sakinlərin Xəyalə Əhmədovaya olan rəğbəti - VİDEOİmzatoplama kampaniyasında sakinlərin Xəyalə Əhmədovaya olan rəğbəti - VİDEO

https://www.youtube.com/watch?time_continue=3&v=XfHKGJWEeoc&feature=emb_logo

ƏvvəlkiDaha güclü Azərbaycan naminə – ÖZ LAYİQLİ NAMİZƏDİNİZƏ SƏS VERİN!
NövbətiSON SÖZ ORDUMUZUNDUR!