İnternet məkanında yeni təhlükəsizlik portalı yaradılıb

28 sentyabr 2018-ci il tarixdə  “ULDUZ” İnformasiya – Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İKT sahəsində təhlükəsizlik qaydalarını təbliğ edən portalın yaradılması” layihəsi çərçivəsində yaradılmış www.isecurity.az portalının ictimaiyyətə təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə jurnalistlər, tələbələr və ictimai birliklərin nümayəndələri iştirak etmişlər. Layihənin eksperti, təhlükəsizlik üzrə mütəxəssis Yusif Süleymanlı portalı təqdim etdikdən sonra qonaqları texnologiyalar barədə yeniliklərlə məlumatlandırmış eləcədə internetdə təhlükəsiz qaydalarının vacibliyi barədə geniş çıxış etmişdir.

Keçirilən tədbirdə kibertəhdidlərin növləri barədə qısa məlumat verildikdən sonra hər bir kiberhücum barədə ətraflı danışılmış və fərdi məlumatların qorunması üsulları izah edilmişdir. Layihənin eksperti qonaqları spam, fişinq, DDOS, sosial mühəndislik, hack hücumları barədə məlumatlandırmış, yaranmış kiberhücumlar zamanı və hücumdan sonra görüləcək təxirə salınmaz tədbirlər barədə məlumat vermişdir. Kiberhücumlardan qorunma üsulları kimi çətin şifrə sistemindən yararlanma, lisenziyalı proqramlardan istifadə, antivirus sisteminin düzgün qurulması, sistemlərin və antivirus yenilənmələrinin vaxtaşırı internetdən yüklənilməsi kimi metodların faydalarından danışılmışdır.

Yusif Süleymanlı öz çıxışında təhlükəsizlik portalının ölkə vətəndaşları üçün əhəmiyyətini izah etmişdir. Hər il internetdə təhlükəsizlik qaydalarının pozulması ücbatından vətəndaşlara dəyən mənəvi və maddi zərərlər barədə geniş məlumat verilmişdir.

Təqdimat mərasiminin sonunda tədbirə qatılmış qonaqların sualları ictimai birliyin mütəxəssisləri tərəfədindən cavablandırılmışdır və onların qarşılaşdığı təhlükəsizlik problemləri araşdırılmışdır.

 

 

Əvvəlki“Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti görüş Astara rayonunda keçirildi
Növbətiushaq-qeza