İran İraqla sərhəddə iki Nəzarət-Buraxılış Məntəqəsini bağlayıb

İran sentyabrın 22-də parada edilən terror hücumundan sonra İraqla sərhəddə iki Nəzarət-Buraxılış Məntəqəsini müvəqqəti olaraq bağlayıb.

Türk.az “Anadolu” agentliyinə isinadən xəbər verir ki, bunlar İraqın Bəsrə şəhərindəki “Şəlamçə” və Maysan şəhərindəki “Əş-Şib” məntəqələridir.

Bildirilib ki, Nəzarət-Buraxılşı məntəqələri vətəndaşların keçməsi və yük daşımalar üçün müvəqqəti olaraq bağlı qalacaq.

Xatırladaq ki, İranın Xuzistan əyalətinin Əhvaz şəhərində əsgər paltarı geymiş bir neçə nəfərin parada hücumu nəticəsində 24 nəfər ölüb, 53 nəfər yaralanıb. 2 terrorçunun zərərsizləşdirildiyi, ikisinin isə hadisə yerindən qaçdığı bildirilib.

Əvvəlkiiran-iraq serhet
Növbətitedbir-q-h