İran və Ermənistanın energetika qurumları Araz çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisi üzrə işçi qrupu yaradıb.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın energetika infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Qaregin Baqramyan bildirib.
Bildirilib ki, iki ölkə Araz çayı üzərində SES-in tikintisi məsələsini hələ 2006-cı ildə müzakirə etməyə başlayıb. Bununla bağlı 2011-ci ildə memorandum imzalanıb. İran neftinə Avropa İttifaqı sanksiya tətbiq etdikdən sonra bu layihənin reallaşması dayanmışdı.