İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

İranın xarici işlər naziri Abbas Əraqçi ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Danışıq zamanı İsrailin Qəzzaya və Livana hücumları, ABŞ-nin Yəmənə endirdiyi zərbələr müzakirə olunub.

Diplomatlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də danışıblar.

ƏvvəlkiABŞ Venesueladan neft və ya qaz alan ölkələrə 25 faiz rüsum tətbiq edəcək
NövbətiAleksandr Lukaşenko: Belarusla Azərbaycan arasındakı xoşniyyətli münasibətlər ikitərəfli əlaqələrin bundan sonra da genişlənməsinə kömək edəcək