İranda baş verən zəlzələ Ordubadda hiss olunub

Ordubad stansiyasından 50 kilometr cənub-şərqdə – İran ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yerli vaxtla saat 20:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 4,4-ə bərabər olub.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ Ordubad şəhərində 3 bala qədər hiss olunub.

ƏvvəlkiSumqayıtın 75 illiyi konsert və atəşfəşanlıqla qeyd edilib