İranda İnstaqrama giriş məhdudlaşdırılacaq.
Türk.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Baş prokurorunun köməkçisi Məhəmməd Müsəddiq deyib. O, bu məhdudiyyətin nə vaxtdan tətbiq olunacağını açıqlamayıb.
Qeyd edək ki, İran bundan öncə Feysbuk, Tvitter, Teleqram kimi sosial şəbəkələrin ölkə ərazisində fəaliyyətini qadağan edib.