İranda qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsində həlak olanların 100-nün kimliyi müəyyənləşdirilib.
Trend-in xəbərinə görə, bu, İranın Tibbi Ekspertiza Təşkilatının məlumatında öz əksini tapıb.
Məlumata əsasən, Tehran vilayətinin tibbi ekspertiza laboratoriyalarında işlər davam etdirilir.
Təşkilatın məlumatında qeyd olunur ki, qəzada həlak olan 176 nəfərin 147-si İran vətəndaşı, qalanı isə əcnəbidir.
İndiyədək 30 nəfərin meyitinin aidiyyəti üzrə ailələrinə təhvil verildiyi bildirilir.
Qeyd edək ki, yanvarın 8-də İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı yanvarın 11-də bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib.