İranın Kərbəladakı konsulluğuna hücum olub

İranın İraqın Kərbəla şəhərindəki konsulluğuna hücum olub.

Türk.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb.

Bir qrup naməlum şəxs konsulluğun binasına daş atıb, tikanlı məftillərdən ibarət baryeri aşaraq içəri keçməyə cəhd göstərib.

Hazırda İraqın təhlükəsizlik qüvvələri vəziyyəti nəzarət altına alıb. Binanın ətrafında vəziyyət normallaşıb.

Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyaları keçirilir.

ƏvvəlkiƏlahiddə Ümumqoşun Orduda müvafiq vəzifələrə təyin edilən gənc zabitlərlə növbəti təlim-metodiki toplantı keçirilib
Növbəti“TÜRKSOY” jurnalının növbəti nömrəsində böyük Azərbaycan şairi Nəsimiyə geniş yer verilib