İraq 2024-cü ildə neft məhsullarının idxalını tamamilə dayandırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Assem Cihad bildirib.
“2024-cü ildə İraq daha çox yerli istehsala arxalanacaq və bir sıra neft emalı zavodları istehsala başladıqdan sonra neft məhsullarının idxalı tamamilə dayandırılacaq”, – o əlavə edib.
İraq daxili bazardakı kəsiri doldurmaq üçün neft məhsulları idxal edir.