İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin çavuşu İbrahim Xan şəhid olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorçuların yerləşdirdiyi əldəqayırma bombanın partlaması nəticəsində yaralanan İ.Xan xəstəxanaya qaldırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.