İRENA: “Yaşıl hidrogen” istehsalı karbon emissiyasını 12 % azalda bilər”

“Yaşıl hidrogen” istehsalı karbon emissiyasının 12 % azalmasına şərait yaradacaq.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (İRENA) Baş direktoru Françesko La Kamera Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

F.Kamera əlavə edib ki, bu, 2030-cu ilə qədər temperaturun 1,5 dərəcə aşağı düşməsi prosessinə dəstək verəcək:

“Bərpa olunan enerji sektoruna ciddi investisiyaların qoyulmasına ehtiyac var. İRENA-nın apardığı araşdımalara görə, 4 ssenari üzrə bu sektora 2030-cu ilə qədər 7 trilyon ABŞ dolları məbləğində investisiyanın yatırılmasına ehtiyac var. Bütün bunlar isə bizə Paris Sazişinin müddəalarını yerini yetirməyə imkan verir. Hesablamamıza görə, investisiyaların artırılması bərpaolunan enerji sektorunda 90 milyona yaxın iş yerinin yaradılması ilə nəticələnəcək”.

ƏvvəlkiSu hövzələrindən ümumilikdə 310 metr uzunluğunda sintetik tor yığışdırılıb
NövbətiNarkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində bir sıra tədbirlər keçiriləcək