İspaniya millisi dünya çempionatları tarixində topa sahib olmada yeni rekorda imza atıb.
“Report”un məlumatına görə, Pireney təmsilçisi buna Qətərdəki mundialda Kosta Rika yığmasını 7:0 hesabı ilə darmadağın etdikləri E qrupunun ilk tur oyununda 81,7 faizlik göstərici ilə nail olub.
Əvvəlki rekord Argentina yığmasına məxsus olub – 80,3 faiz. Cənubi Amerika təmsilçisi 2010-cu ildə dünya çempionatında Yunanıstanla qarşılaşmada bu göstəriciyə çatıb. 3-cü pillədə DÇ-2018-in Rusiya – İspaniya görüşü qərarlaşıb. Həmin oyunda ispaniyalılar topa 78,9 faiz sahib olub.
Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də yekun vurulacaq.