İspaniya hökumətinin sədri Pedro Sançes parlamentin hər iki palatasının buraxılması və aprelin 28-də ümumi seçkilərin keçirilməsi barədə fərman imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti rəhbərinin administrasiyasından məlumat verilib.
Bildirilib ki, bundan sonra kral VI Filip tərəfindən imzalanacaq sənəd rəsmi nəşrdə dərc edildikdən sonra qüvvəyə minəcək. Belə ki, Deputatlar palatasında 350 deputatın hamısı, Senatın isə 266 deputatının 208-i yenidən seçilməlidir.
Qeyd edək ki, İspaniyada ümumi seçkilər ilkin olaraq 2020-ci ilə təyin edilsə də, hökumətin təqdim etdiyi büdcə layihəsi parlament tərəfindən qəbul olunmadığı üçün hökumət başçısı P.Sançes erkən seçkilər qərarını verib.