İspaniyanın ərazi siyasəti və dövlət qulluğu naziri Karolina Darias koronavirusa yoluxub.
Türk.az TASS-a istinadən xəbər verir ki, bunu İspaniya hökuməti açıqlayıb.
“Müəyyən edilmiş protokola əsasən, martın 12-də hökumətin bütün üzvləri koronavirus testindən keçib. Həmin testlər yalnız ərazi siyasəti və dövlət qulluğu nazirində pozitiv nəticə verib”, – açıqlamada bildirilib.
Qeyd edək ki, ötən gün İspaniyanın bərabərlik nazirində koronavirusun aşkarlandığı açıqlanmışdı.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 818-ə çatıb. Bunların 70 395 nəfəri sağalıb, 4 984 nəfəri isə ölüb.