İsrail Qəzzada əhalinin evakuasiyası üçün humanitar dəhliz açır

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalından cənuba dinc sakinləri təxliyə etmək üçün humanitar dəhliz açacaq.

“Report” xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

Ordu sözçüsü Aviçai Adrai bildirib ki, dəhliz 4 saat (Bakı vaxtı ilə saat 12:00-dan 16:00-a qədər) açıq olacaq.

Bu arada İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü, briqada generalı Daniel Haqari ölkənin şimal sərhədinin müdafiə və hücum üçün yaxşı hazırlandığını bildirib.

“Bizə hücumların ediləcəyi dəqiq yerə zərbə endirəcəyik. Biz dərhal reaksiya verməyə və zərbə vurmağa davam edəcəyik. Şimalda həm hücumda, həm də müdafiədə yaxşı hazırlaşmışıq”, – Haqari deyib.

ƏvvəlkiRusiya Qəzza əhalisi üçün yeni humanitar yardım göndərib
NövbətiAzərbaycanda əmək müqavilələrinin sayı artıb