İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehirli nağılları” kitabının müəllifi, professor Cəmilə Həsənzadənin vəfatı ilə bağlı başsağlığı verib.
Türk.az xəbər verir ki, diplomat bu barədə Tvitter hesabında paylaşım edib.
Qeyd edək ki, ömrünü Təbrizin miniatür sənətinin tədqiqinə həsr etmiş sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə ötən gün vəfat edib.
Cəmilə xanım Təbrizin miniatür boyakarlığı, miniatür məktəbinə aid onlarla kitab, yüzlərlə elmi əsər, məqalə yazıb. O, Azərbaycan, rus, fransız, ingilis dillərini mükəmməl bildiyi üçün ən müxtəlif mənbələrdən yararlanıb, araşdırmalarını danılmaz faktlarla əsaslandırıb.