Qüdsün qərbində avtobusun iştirakı ilə baş verən qəzada azı 33 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.
Bildirilib ki, avtobusda olan bütün sərnişinlərə – səkkiz yaşdan 12 yaşa qədər uşaqlara – tibbi yardım göstərilib, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. İki uşağın vəziyyəti ağırdır.
“Kan” radiosu daha əvvəl qəzada 12 nəfərin yaralandığını bildirmişdi. Avtobus Beyt-Şemeş şəhəri yaxınlığında aşıb.