İsrailin müdafiə naziri Yoav Qalant Nyu-Yorka səfər edəcək və orada BMT-nin Baş katibi Antonio Quterreşlə görüşəcək.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında gözlənilən danışıqların mövzusu bəlli deyil. Qalant Nyu-Yorka səfəri zamanı İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanla da görüşəcək.
Nazir həmçinin BMT Təhlükəsizlik Şurasının səfirlərinə təhlükəsizlik vəziyyəti ilə bağlı hesabat təqdim edəcək.