İsrailin paytaxtı Tel-Əviv şəhərində terror aktı törədilib.
“Report” xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Silahlı hücum İsrailin paytaxtında məşhur Nahalat Binyamin ticarət mərkəzində baş verib. Belə ki, adı açıqlanmayan şəxs ona yaxınlaşan bir neçə polisə atəş açıb.
Nəticədə polislərdən biri ağır yaralanıb və dərhal xəstəxanaya yerləşdirilib.
Terrorçu atışmada yaralanıb. Cenində anadan olan 27 yaşlı cinayətkar sağ qalıb və hazırda həkimlərin nəzarətindədir.
İsrail polisinin rəisi Kobi Şabtai bildirib ki, terrorçunun “şəhid” olacağı ilə məktubu aşkar edilib.