İsveç parlamentinin yeni Baş nazir seçdiyi Sosial Demokrat Partiyasının (SDP) yeni sədri Maqdalena Andersson səlahiyyətlərinin icrasına başlamasından bir neçə saat sonra istefa verib.
“Report” bu barədə “Haber Global”a istinadən xəbər verir.
İstefanın səbəbləri hələ açıqlanmır.
Qeyd edək ki, Maqdalena Anderssonun İsveç parlamentinin yeni Baş nazir seçilməsi ölkə tarixində birinci dəfə idi. İlk dəfə idi ki, ölkənin Baş naziri vəzifəsinə xanım seçilirdi.
M.Andersson 2014-cü il seçkilərində deputat seçilərək Baş nazir Stefan Löfven tərəfindən maliyyə naziri təyin edilib. O, 2020-ci ildə BVF-nin Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin sədri seçilib. 2014-cü ildən indiyədək hökumətə başçılıq etmiş Baş nazir və SDP-nin sabiq sədri Stefan Löfven bu il iyunun 28-də istefa ərizəsi verib, noyabrın 10-da isə 349 yerlik parlament 181 səslə ilk dəfə Baş nazirə etimadsızlıq göstərib.
S.Löfven hələ avqustun 22-də partiya sədrliyindən getdiyini açıqlayıb. Noyabrın 4-də SDP konqresində yeganə namizəd olan Maqdalena Andersson partiyanın yeni sədri seçilib.