İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrədən olan həmsədri Ervin Bollingerlə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsinin, şaxələndirilməsinin və işgüzar dairələr arasında yeni biznes təşəbbüslərinin əhəmiyyəti barədə fikirlərimizi bölüşdük”, – deyə M.Cabbarov diqqətə çatdırıb.