İtaliyada martın 4-də keçirilmiş parlament seçkilərinin ilkin nəticələri məlum olub.
Turk.az-ın REN TV-yə istinadən verdiyi xəbərə görə, seçkilərdə sağ mərkəzçi partiyaların koalisiyası 37% səs toplayıb. Bu halda koalisiya yeni parlamentin yuxarı palatasında çoxluq təşkil edə bilməyəcək.
İkinci yerdə “Beş Ulduz” hərəkatı (30%) qərarlaşıb. Sol mərkəzçi partiyaların 25,4% səs topladığı bildirilir.