Koronavirusa yoluxan İTV-nin böyük redaktoru Əmrah Fəqanoğlunun vəziyyəti ağırlaşıb.
“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi, jurnalist Vüqar Hüseynov bildirib.
“Əmrah Fəqanoğlunun durumu təəssüf ki, çox pisləşib. Həkimlər koronavirusdan müalicə aldığı tibb müəssisəsində vəziyyətinin normallaşması üçün əllərindən gələni edirlər. Bu bayram günündə biz jurnalistlər üçün ən böyük hədiyyə Əmrahın durumunun ən yüksək səviyyədə nəzarətə götürülməsi olardı”, – V.Hüseynov söyləyib.
TƏBİB-dən isə bildirilib ki, jurnalist süni tənəffüs cihazına qoşulub.