İTV-nin yıxılan əməkdaşının vəziyyəti barədə rəsmi məlumat

İctimai Televiziya və Radio Yayımları Şirkətinin dünən binadan yıxılan əməkdaşının vəziyyəti ağır olaraq qalır.

Bu barədə Türk.az -a TƏBİB-dən məlumat verilib.

Xəstədə kəllə-beyin travması, sol budun, ümumiyyətlə aşağı ətrafların əzilməsi diaqnozu var.

Qeyd edək ki, martın 12-də təxminən saat 12:40-da İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yıxılıb.

ƏvvəlkiAvstriya şirkəti Azərbaycanın dəmir yollarından istifadə etmək istəyir
NövbətiŞənbə gününə Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb