İyulun 10-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 53 min 606 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 21 min 173, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 32 min 433 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 069 min 218-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 459 min 102, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 610 min 116 nəfərdir.