İyulun 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı 17 min 67 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5392, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı 11 min 675 nəfər olub.
Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 4 milyon 415 min 967-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 2 milyon 602 min 510, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 1 milyon 813 min 457 nəfərdir.