İyulun 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 2289 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 464, ikinci doza vaksinlərin sayı 104, üç və daha çox doza vaksinlərin sayı 1440, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 281-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 810 min 252, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 365 min 467, ikinci mərhələ üzrə 4 milyon 857 min 346, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 333 min 814, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 253 min 625-dir.