Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi tərəfindən 23 iyul tarixində Abşeron Rayon Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində “Jest Dilində Danışan Uşaqlarda Ünsiyyətqurma Bacarığının və Lüğət Ehtiyatlarının Artırılması Üzrə Təşəbbüslər” adlı layihənin təqdimatı həyata keçirilib. Təqdimat Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin səslənməsi ilə başlanılıb. Təqdimatda Abşeron Rayon Xırdalan şəhəri və Masazır tam orta məktəblərinin müəllim kollektivi və valideynlər ,Qeyri Hökumət Təşkilatları rəhbərləri , Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi uşaq bağçasının müəllimləri iştirak etmişdir. Layihə rəhbəri Aidə Səfərovanın məlumatına görə layihənin məqsədi eşitmə və nitq qabiliyyəti tam məhdud olan şəxslərin ünsiyyət vasitəsi olan jest dilinin təbliği , onların cəmiyyətə inteqrasiyasına dəstək vermək , ictimaiyyətin diqqətini eşitmə pozulmasından əziyyət çəkən insanların problemlərinə yönəltməkdən ibarətdir. Təqdimat zamanı iştirakçılar jest dilinin nəzəriyyəsi , daktil əlifba və jest dili lüğəti haqqında məlumatlandırılmış və onlara bu dildə bir neçə sosial çarx təqdim olunmuşdur.Tədbirin sonunda iştirakçılar çay süfrəsinə dəvət olunub.