Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluqdan məlumat verilib.
“Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, Əvəz Zeynallının saxlanıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.