Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) təşkilatçılığı ilə mayın 8-də minalardan təmizlənən ərazilərə mediatur təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin məqsədi erməni işğalından azad edilmiş yaşayış məntəqələrimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesi ilə tanış olmaqdır.
Mətbuat nümayəndələri işğaldan azad edilən Füzuli rayonunun Qaraxanbəyli kəndində aparılan əməliyyat prosesini izləyib. Bildirilib ki, hazırda minatəmizləmə əməliyyatları əl ilə mexaniki təmizləmə və xüsusi təlim keçmiş itlər vasitəsi ilə aparılır.