1993-ci ilin aprel ayının 2-də Azərbaycanın dilbər guşələrindən biri olan Kəlbəcər rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib.
26 ildir ki Kəlbəcərdən olan yaşlı nəslin nümayəndələri öz ata-baba yurdlarına, doğma ev-eşiklərinə həsrət qalıblar.Kəlbəcərdən olan məcburi köşkün ailələrində böyüyən uşaqlar və gənclər də eyni ağrı-acını yaşayırlar.
Ən əsası da odur ki, kəlbəcərli gənclər və uşaqlar yalnız şəkillərini, bəzi videolarını və haqqında yazılanları oxuduqları Kəlbəcərimizə çox bağlıdırlar.Belə gənclər tədbirlərdə, sosial şəbəkələrdə Kəlbəcər, onun cənnətməkan əraziləri, insanları və sair barədə şəkilləri və yazılı məlumatları yaymaqla Kəbəcərin unudulmasına, yaddaşlara gömülməsinə imkan vermirlər.
Belə gənclərdən biri də Kəlbəcər rayonundan olan fəal Rahil Əliyevdir.Onun Kəlbəcərlə bağlı yaratdığı instaqram səhifəsinin 31 min nəfər izləyicisi var. Rahil Kəlbəcərlə bağlı şəkillər videolar və statuslar minlərcə izləyici öz duyğularını ifadə edirlər.Rahil Əliyev Kəlbəcər və kəlbəcərlilərlə bağlı bütün məlumatları yaymaqda çox aktivlik nümayiş etdirir.
Onun bu vətənpərvərliyinə görə “Azərbaycan və Media İnformasiya Agentliyi” MMC adından Rahi Əliyevə dərin təşəkkürümüzü bildirir və ona işlərində uğurlar diləyirik. Arzu edirik ki, Kəlbəcər tezliklə işğaldan azad edilsin, Rahil Əliyev üzünü canlı görmədiyi doğma ata-baba torpaqlarına qayıtsın və oradan xoş xəbərləri bütün ictimaiyyətin diqqətinə çatdısın.Amin. İnşallah!